Azərbaycanda 80 məhbus əfv istəyir

5 Fevral 2014 13:26 (UTC+04:00)
İki ay ərzində 80-dən çox məhkum əfvlə bağlı müraciət edib.

Bunu anspress-ə açıqlamasında Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.

O, qeyd edib ki, fevral ayı ərzində də əvflə bağlı məhkumaların özləri və ailələri müraciətlər edirlər: "Yanvarın sonlarında bizə əfvlə bağlı müraciətlər daxil olub. Fevral ayında da bu mürciətlər təmin edilib. Bu ayın sonunda müaricətləri Əfv Məsələri üzrə Komissiyaya göndəriləcək. Dekabr ayı ərzində Komissiyaya 3 dəfə müraciət göndəriliib. Bu ay ərzində, müraciətlərin sayı 60-a yaxın olub. Yanvar ayı ərzində 15-20-yə yaxın əfvlə bağlı müraciət olunub. Fevral ayında da müraciətlər daxil olmaqdadır və onlar da təmin olunur".

V. Məhərrəmov həbsxana həyatı sürən tanınmışların da əfvlə bağlı müraciət etmələri məsələsinə də aydınlıq gətirib: "Onların ailələri və özləri bizə əfvlə bağlı müraciət etməyiblər. Onlar barədəsində də bizə məlumat daxil olmayıb. Məhkumaların aliə üzrləri və yaxud onların özləri bizə müraciət göndərirlərsə biz onları Komissiyaya göndəririk. Göndəriş də Əfv Etmə Haqqında Əsasnamənin tələblərinə uyğun olmalıdır. Ağır cinayət törətmiş şəxslər cəzalarının yarı hissəsini çəkdikdən sonra əfvlə bağlı müraciət hüququnu əldə edirlər.Yüngül cinayət törədən şəxslər isə cəzalarının üçdə birini çəkdikdən sonra əfvlə bağlı müraciət edə bilərlər. Bu baxımdan biz məsələni araşdırırıq və məhkumun azalığa çıxma vaxtı çatıbsa onunla bağlı müraciət göndəririk. Biz əfvlə bağlı sərəncamın verilməsini gözləyirik. Inanırıq ki, bu prosseslər davamlı olacaq".


AzNews.az