“Əgər sənə dava lazımdırsa, sənətdən get“ - Xumar

5 Fevral 2014 14:40 (UTC+04:00)
Müğənni Xumar Qədimova "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi qalmaqal edən həmkarlarını tənqid atəşinə tutub:

"Dava ilə gündəmdə qalmaq doğru deyil. Adi qonşu da bir-biri ilə dalaşıb efirə çıxır və gündəmə gəlir. Bunun üçün sənətdə olmaq mühüm deyil. Əgər sənə dava lazımdırsa, sənətdən get, kiminləsə dalaş, bu halda onsuz da gündəmdən düşməyəcəksən. Sənətçi ifası, işləri ilə adından söz etdirməlidir. Müğənni özünü mahnıları ilə göstərməlidir. Heç vaxt qalmaqala yol vermərəm. Əgər bir gün səsimi itirərəmsə, onda geri çəkiləcəm. Qalmaqallar və ya başqa söhbətlərlə gündəmdə qalmağa çalışmayacam".

AzNews.az