Xırdalanı kanalizasiya suyu basdı - FOTO

5 Fevral 2014 15:00 (UTC+04:00)
Abşeron yarımadasına yağan qar ciddi problemlər üzə çıxardı.

"Qafqazinfo" xəbər verir ki, bu gün Xırdalan şəhəri 4-cü məhəllə ev 2-də yerləşən binanın zirzəmisindəki kanalzasiya suları daşaraq binanın həyətini və ətrafdakı həyət evlərini basıb. Su binada və etrafdakı həyət evlərində yaşayan sakinlərin gediş-gəlişinə mane olmaqla yanaşı, həyət evlərinə və həyətyanı sahələrə ziyan vurub

Sakinlərin dediyinə görə hadisəylə bağlı şəhər icra hakimiyyətinin aidiyyatı bölməsinə, su idarəsinə, Mənzil İstismar Sahəsinə müraciət etməklərinıə baxmayaraq, heç bir tədbir görülməyib.

2-ci binaın yaxınlardakı həyət evlərində yaşayan ibtidai sinif müəlliməsi Xanım Rəsulovanın dediyinə görə, işdən gəlib evini su içində görüb. O, bildirib ki, qonşuluqda yaşayan məcburi köçkün ailəsinin də həyəti su içindədir.

Sakinlərin sözlərinə görə, hazırda həmin ərazıni üfunət iyi bürüyüb.

Aytən Təhmasib