Ramiz Məlik əməliyyat öncəsi: “Ümid edirəm...”

5 Fevral 2014 15:15 (UTC+04:00)
"Hamının yadına indi düşdüm, deyəsən. Zəng-zəngə calanıb bu gün. Sabah böyrəyimdən əməliyyat olunacam. Əgər bir problem olarsa, əməliyyatın vaxtı da dəyişə bilər".


Bunu AzNews.az-a Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik deyib. Onun sözlərinə görə, əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında aparılacaq:

"Böyrəyimdə şiş var, onu götürməlidirlər. İnşallah, ümid edirəm yaxşı olacağam".

"Bu əməliyyat dövlət hesabına başa gələcək, yoxsa xərci özünüz çəkəcəksiniz" sualına Xalq artistinin cavabı belə oldu: "Bu haqda heç nə deyə bilməyəcəm".

Bahar Rüstəmli
AzNews.az