Prokurorluq daha bir şirkətdə mənimsəmə faktı aşkarladı

5 Fevral 2014 15:46 (UTC+04:00)
Şirkətin külli miqdarda vəsaitini mənimsəmiş əməkdaşının qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən "Camal LTD"-nin satış meneceri Cavidan Nurəhmədovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş material araşdırılıb.

Araşdırma zamanı C.Nurəhmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəmiyyətə məxsus dondurma məhsullarının satışından qəbul etdiyi 25,9 min manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da Cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

AzNews.az