Əlil həyat yoldaşını öldürən qadın edam olundu

6 Fevral 2014 08:23 (UTC+04:00)

Amerikanın Texas ştatında 59 yaşlı Süzan Basso adlı qadın edam edilib. Qadın əlil həyat yoldaşının ölümündə günahkar bilinib.

AzNews.az "Associated Press"ə istinadən xəbər verir ki, edam hökmü inyeksiya vasitəsilə həyata keçirilib.

S.Basso 1976-cı ildən bəri Amerikada edam edilən 14-cü qadındır. Bu dövrdə 1400 cinayətkar kişi edam olunub.

S.Basso barədə edam qərarı 1998-ci ildə çıxarılmışdı.

Elnur
AzNews.az