Erməni casusla bağlı TƏFƏRRÜAT- VİDEO

6 Fevral 2014 08:27 (UTC+04:00)
İrəvanda Azərbaycanın xeyrinə casusluğa cəhd etdiyinə görə həbs olunan keçmiş polis əməkdaşı Xaçik Martirosyanla bağlı yeni məlumatlar yayılıb.


AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, Martirosyan 40 ildən artıq bir müddətdə polis strukturunda işləyib. O özü Artaşat kəndində dünyaya gəlib, ancaq uzun müddətdir ki, İrəvanda yaşayır. Bir övladı olan Martirosyan uzun müddətdir ki, qonşularla heç bir ünsiyyət qurmur.

Hüquq-mühafizə orqanları öz keçmiş əməkdaşı ilə bağlı hər hansı məlumat verməkdən imtina edib.

Milli təhlükəsizlik orqanlarından isə bildirilib ki, Martirosyanın Azərbaycanın leyhinə casusluğa cəhd etməsi ilə bağlı təkzibedilməz faktlar var.

A.Martirosyana qarşı Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.



Elnarə
AzNews.az