İzzət Bağırovun üçəmləri - Fotolar

6 Fevral 2014 09:26 (UTC+04:00)
Müğənni İzzət Bağırov hər zaman mediadan gizlətdiyi övladları ilə ilk dəfə fotokamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, "ATV maqazin" dərgisi üçün çəkilən fotosessiyada sənətçinin hətta əkiz oğlanları olduğu ortaya çıxıb. Böyük oğlu Əlidən danışan İ.Bağırov övladları ilə çox vaxt keçirdiyini bildirib:

"Böyük oğlum Əli mənə daha çox bağlıdır. Getdiyim bir çox yerə onu da aparıram, mənsiz qala bilmir. Onunla ata-oğuldan çox, dost olmağa çalışıram. Övladlarıma yaşayan insanların adını verməyi xoşlamıram. Neçə illərdir, ibadətlə məşğul oluram. Buna görə də oğlanlarıma imamlarımızın, dini adamların ismini vermişəm. Uşaqları da adlarına layiq böyütməyə çalışıram".

AzNews.az