Erməni nazirdən Azərbaycana hədə

6 Fevral 2014 09:38 (UTC+04:00)
"Azərbaycanla təmas xəttində gərginlik var. Azərbaycan tərəfindən atəş 5-6 dəfə artıb".


AzNews.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında Respublikaçılar Partiyasının millət vəkili Naira Karapetyan bildirib.



Deputatın sözlərinə görə, ölkənin təmas xəttində yaranan gərginlik səbəbindən yeni təhlükəsizlik sistemləri aldığı barədə məlumat var.

Müdafiə naziri Seyran Ohanyan baş verənlərə diqqət çəkərək Azərbaycana qarşı hədələr səsləndirib:

"Qonşularımız bizim cavab verəcəyimizdən narahatdır".

Nazir bildirib ki, gərginlyi təkcə atəş səsləri yox, həm də gecələr təkər yandırılması, siqnal raketlərinin buraxılması və pilotsuz təyyarələrdən istifadə də yaradır. Bununla belə nazir narahatlıq üçün əsas olmadığını bildirib:

"Belə hallarda bizim düşməni cəzalandırmaqdan başqa yolumuz qalmır. Biz bu siyasəti davam etdirəcəyik".

Elnarə
AzNews.az