Suriya Hizbullahla əməkdaşlıqda

21 Avqust 2012 14:04 (UTC+04:00)

Cənubi Livanda fəaliyyət göstərən radikal şiə hərəkatı Hizbullah Suriyadan ballistik Skad raketləri alıb.

AzNews.az lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə məlumatı "The Times"-ın hərbi müxbiri Debora Heynes verib və məlumatlı mənbə qeyd edib ki, hadisələrin bu məcrada inkişafı Suriya məsələsinə və ümumiyyətlə regiona təsirsiz ötüşmür.


"Times"- ın hərbi müxbiri adının açıqlanmasını istəməyən diplomata istinadən bildirib ki, Hizbullah Suriyadan daha müasir silahlar alır.

Bununla belə, o, söhbətin hansı silahlardan getdiyinə aydınlıq gətirməyib və əlavə edib ki, Əsəd rejimi ilə Hizbullah rejimini din birliyi ilə yanaşı ortaq maraqlar da birləşdirir.

Sadiq

AzNews.az