Ramil Usubov cəbhə rayonuna yeni rəis göndərdi
6 Fevral 2014 12:14 (UTC+04:00)
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib. Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə isə Fəqan Azadəliyev Goranboy rayon polis Şöbəsinə rəis göndərilib.
Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi. Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abasın oğlu Tuncay Abbasov əvəz etmişdi.
Elnur
AzNews.az