Televizor partladı: ölən var

6 Fevral 2014 12:57 (UTC+04:00)
Şirvanda televizorun partlaması nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 5-də Şirvan şəhərində Ruqiyyə Həsənovanın yataqxanada yaşadığı otaqda televizorun partlaması nəticəsində yanğın baş verib.

R.Həsənova tüstüdən boğularaq ölüb.

AzNews.az