İcbari pensiya yığım sistemi əleyhinə yürüş keçirilir

6 Fevral 2014 13:54 (UTC+04:00)
"Mən əleyhinəyəm" vətəndaş hərəkatı bu gün İrəvanda icbari pensiya yığım sisteminə qarşı etiraz yürüşü keçirir.


Trend-in verdiyi məlumata görə, aksiya iştirakçıları "Pensiya yığımları haqqında" qanunun bəzi müddəalarının fəaliyyətini dayandıran Konstitusiya Məhkəməsinin qərarını icra etməyi tələb edirlər.

Onların digər tələbi isə dövlət qurumlarında çalışanları əməkhaqlarından yığım fondlarına məcburi ödəniş etməyə sövq etməməkdir.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-də Ermənistanda pensiya yığım sisteminin icbari komponenti tətbiq edilib.

AzNews.az