“Gültəkinə çox yumşaq, mənə çox sərt davrandılar”

6 Fevral 2014 15:59 (UTC+04:00)
"Mən Milli Şuranın üzvlərini dəfələrlə məhkəməyə dəvət etmişəm ki, gəlib prosesdə iştirak edib, sonra fikir bildirib, bəyanata versinlər".

APA xəbər verir ki, bunu Gülər Əhmədova bu gün Apellyasiya Məhkəməsində keçirilən növbəti prosesdən sonra jurnalistlərə bildirib. G. Əhmədova deyib ki, əqidəsini qoruyan adam həm iqtidarda, həm də müxalifətdə qiymətli olur: "Mən bilirəm o bəyanatın müəllifi kimdir. Gültəkin Hacıbəyliyə müraciət edib, demək istəyirəm ki, tutulmağa qalsaydı, Gültəkin Hacıbəyli tutulmalı idi. Mənə qarşı nə şahid, nə zərərçəkən var. Gültəkin Hacıyeva bilsin ki, ona qarşı çox yumşaq, mənə qarşı çox sərt davranıblar".

Qeyd edək ki, Milli Şuranın bir neçə gün əvvəl yaydığı bəyanatda bildirilib ki, iddia müddəti 8 il əvvəl bitmiş pul tələbi əsasında Gültəkin Hacıbəylinin bütün əmlakına həbs qoyulduğu halda, bir milyon dollar pul alması ilə bağlı dələduzluq cinayəti məhkəmə tərəfindən sübuta yetirilmiş Gülər Əhmədovanın heç bir əmlakına həbs qoyulmayıb.