Şeyxin 110 metrlik yaxtası limana yerləşmədi

6 Fevral 2014 17:28 (UTC+04:00)
Dünyanın ən varlı adamlarından biri olan Dubay Şeyxi Abdullah Al Futtaimın 110 metrlik lüks yaxtası olan "Radiant" Mərmərə dənizində limana yerləşməyib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, avtomobil, maye yanacaq və logistika sektorlarında fəaliyyət göstərən "As Macid Al Futtaim" Qrupunun idarə heyətinin başçısı Abdullah Al Futtaimə məxsus luks yaxta səhər saatlarında körfəzə yan alıb. Günorta saatlarına qədər açıq dənizdə qalmağa məcbur qalan "Radiant" daha sonra Mərmərə limanına gətirilib.

110 metr uzunluğundakı yaxtanın ərazidəki digər limanlara da sığmadığı üçün Mərmərədə saxlanılıb. Yaxta dəmirlə limana bağlanılıb. Liman rəhbərliyi şeyxin yaxtada olub-olmadığı barədə heç bir açıqlama verməyib. Yaxtanın limandan qida və maye yanacaq ehtiyyatı götürəndən sonra yoluna davam edəcəyi bildirilib.

Qeyd edək ki, Dubay şeyxinin bu yaxtasında vertolyot üçün meydança var. Bu yaxtanın rus media maqnatı Boris Berezovski üçün Roman Abramoviçin alıb. 115 metrlik "Pelorus" adlı yaxtaya rəqib olarq hazırlanıb və 2010-cü ildə ərəb şeyxinə satılıb.

Yaxtada təhlükəsizlik üçün hər bir şərait yaradılıb. Dəniz quldurlarından müdafiə olunmaq üçün xüsusi təhlükəsizlik sistemi var. Təcili vəziyyətlərdə turbo mühərrikləri sayəsində sürətlə hərəkət edən bilən qayıqla da yaxta təhciz olunub.
Yaxtada komfort dünyanın ən yaxşı otelləri ilə müqayisə oluna bilən səviyyədədir.



AzNews.az