Ucarda iki maşın toqquşdu - 4 ağır yaralı

6 Fevral 2014 17:58 (UTC+04:00)
Ucar rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 17:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Quləbənd kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı 99-FV-401 dövlət nömrə nişanlı minik maşını ilə "VAZ 2104" markalı 61-VE-050 dövlət nömrə nişanlı minik maşını toqquşub. Nəticədə 4 nəfər ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


AzNews.az