“İlin ən yaxşı aktrisası” mükafatçısı məlum oldu

6 Fevral 2014 19:22 (UTC+04:00)
Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Gültac Əlili layiq görülüb.

Teatrdan APA-ya verilən məlumata görə, mükafat aktrisaya "Buta Palace" sarayında keçirilən tədbirdə təqdim olunub.

G. Əlili "İlin ən yaxşı aktrisası" mükafatına Ə. Haqverdiyevin "Kimdir müqəssir" komediyasındakı Bahar obrazına görə layiq görülüb. Aktrisa teatrda "Talelər qovuşanda", "Qısqanc ürəklər", "Amerikalı kürəkən", "İddialı qaraçı" və s. tamaşalarda əsas rollarda çıxış edib.


AzNews.az