Qazaxıstanın adı dəyişdirilir - «Qazax eli»

6 Fevral 2014 19:27 (UTC+04:00)
Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ölkənin qərbinə, Atırau vilayətinə səfəri zamanı bildirib ki, Qazaxıstan Respublikasının adı "Qazax eli"-nə dəyişə bilər.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, prezident deyib: "Orta Asiyanın başqa dövlətləri kimi ölkəmizin də adının sonunda "stan" sonluğu var. Əcnəbilərin maraq göstərdiyi və əhalisinin sayı 2 milyon olan Monqol Ulusu adının sonundakı "stanı" götürdü. Odur ki, biz də zaman-zaman "Qazax eli" adına keçmək məsələsinə baxacağıq. Ancaq öncə bunu xalqla müzakirə etməliyik".


AzNews.az