Qadın məhkumdan nartotik götürülüb - FOTO

6 Fevral 2014 20:05 (UTC+04:00)
Penitensiar Xidmətin Müalicə Müəssisəsində narkotik maddə aşkar edilərək götürülüb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1; 93.1.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, etapla Müalicə Müəssisəsinin Qadın şöbəsinə daxil olmuş Kifayət Hacıağa qızı Məmmədovanın üzərinə baxış keçirilib.
Baxış zamanı onun üzərindən bir ədəd sellofana bükülmüş xalis çəkisi 2,488 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman əl çantasının içərisindən daxilində "Sim" danışıq kartı olan bir ədəd "Fly" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə araşdırma aparılır.


AzNews.az