Narkoman polis maşınını qaçırdı

6 Fevral 2014 21:28 (UTC+04:00)
AzNews.az NTV - yə istinadən xəbər verir ki, Moskvada, Kuzminkada polis sərxoş bir nəfəri saxlayıb.
Sərxoş narkotik aludəçisi olması barədə tibbi arayışı polislərə təqdim edib. Polislərin başının arayışa baxmağa qarışdığını görən narkoman polislərin içində silah olan maşınına oturub və onu qaçırmağa nail olub. O, Akademik Skryabin küçəsi ilə hərəkət edib, sonra Fyodor Poletayev küçəsinə dönüb və orada maşını ataraq, aradan çıxıb.

Maşını qaçıranı tutmaq mümkün olmayıb.
Günahkarın şəxsiyyəti müəyyən olunub, bu narkoman 1983 - cü il təvəllüdlü Vladimir Kudelindir.

Azər
AzNews.az