70 yaşlı piyadanı maşın vurub öldürdü

6 Fevral 2014 21:46 (UTC+04:00)
Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Tovuz rayon Polis şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə fevralın 6-da saat 18 radələrində rayonun Duz Cirdaxan kəndi ərazisində baş verib. Yolu keçmək istəyən Təvvəkül Qasimovu, Cəlili kənd sakini Bəhruz Həsənov idarə etdiyi "Vaz 2106" ilə vurub. Daha sonra həmin avtomobil Nemət Dəmirovun idarə etdiyi "Opel"markalı minik maşına çırpılıb.

Qəza zamanı sürücülər xəsarət almasa da, 70 yaşlı piyada Təvvəkül Qasımov Tovuz Mərkəzi xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.



AzNews.az