Azərbaycan prezidenti Litvanın Baş naziri ilə görüşüb

6 Fevral 2014 22:37 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az