İlham Əliyev Soçidə Qətər Dövlətinin Əmiri ilə görüşdü

6 Fevral 2014 22:44 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Soçidə Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


AzNews.az