Vaqif Səmədoğlu: “Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?”

7 Fevral 2014 10:02 (UTC+04:00)

"Allah, nə var, nə yox? Məndən nə xəbər var?"


AzNews.az xəbər verir ki, bunu Xalq şairi Vaqif Səmədoğlu özünün Facebook səhifəsində yazıb. Şairin statusundan ağrılarının çox olması hiss olunur:

"Gecələri özüm sayaram, üzümə açılacaq neçə səhər var? Bəyənəcəksənmi məni, bəndəni hansı gözlə görəcəksən? Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?..."

Xatırladaq ki, V.Səmədoğlu xeyli müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Şair bununla əlaqədar İsraildə müalicə kursu alır.

Bahar Rüstəmli
AzNews.az