Dünya Bankı: “Azərbaycan neft gəlirlərini bəyan etməlidir”

7 Fevral 2014 10:20 (UTC+04:00)
"Azərbaycanda mədən sənayesi və neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlər gəlirlərini bəyan etməlidir".


AzNews.az-ın məlumatına görə, bunu Dünya Bankının Azərbaycan Nümayəndəliyinin rəhbəri Larisa Leşçenko 3-cü Vergi Forumunda çıxışı zamanı bildirib.

Dünya Bankının vergi sahəsində Azərbaycana öz dəstəyini əsirgəməyəcəyini deyən L. Leşçenkonun sözlərinə görə, bu sahədə Azərbaycanla əməkdaşlığa ehtiyac var:

"Düşünürəm ki, Azərbaycan yeni təşəbbüslərlə bağlı səylərini də əsirgəməyəcək. Azərbaycanda vergidən azad olunan sektorlar da var. Bu əlbəttə ki, həmin şirkətlərin inkişafı üçün yaxşı bir haldır. Bu sahədə Azərbaycan ilk təşəbbüs göstərən ölkələrdəndir".

Dünya Bankının nümayəndəsi qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Dünya Bankı bu keçid dövründə də Azərbaycanın yanında olacaq".

Amid
AzNews.az