Qış Olimpia Oyunları İTV-də canlı yayımlanacaq

7 Fevral 2014 10:27 (UTC+04:00)
Bu gün Soçinin "Fişt" stadionunda XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək və mərasim Bakı vaxtilə saat 20.14-də başlayacaq.

İTV-dən verilən məlumata görə, fevral ayının 23-dək davam edəcək Qış Olimpia Oyunlarını Azərbaycanın İctimai Televiziyası canlı yayımlayacaq.

Eyni zamanda İTV-nin efirində Olimpiada ilə bağlı xüsusi reportajlar və icmallar da veriləcək.

Azərbaycanın dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunduğu Olimpiadanın gedişatı zamanı idmançılarımızın iştirak etdiyi yarışlar və onların çıxışları diqqətdə saxlanılacaq.

AzNews.az