Taksi sürücüləri qan tökdülər

22 Avqust 2012 07:16 (UTC+04:00)



Bakıda iki taksi sürücüsü arasında bıçaqlanma hadisəsi baş verib. Yer üstündə başlayan mübahisə nəticəsində 24 yaşlı taksi sürücüsü Cavid Xudaverdi oğlu Həsənov 46 yaşlı həmkarı Səməndər Musa oğlu Musayevə bıçaqla xəsarət yetirib. Anspress-in məlumatına görə, mübahisə yaşlı sürücünün gənc həmkarına "bizim çörəyimizə bais olma, get başqa yerdə dayan" deməsindən sonra qızışıb.

Cavid Həsənov isə öz hüququnu bıçaqla "müdafiə" etməyə çalışıb. Hadisədən sonra evə gedərək azyaşlı oğlu ilə vidalaşan Cavid Həsənov daha sonra polis bölməsinə gedərək təslim olub. Faktla bağlı istintaq araşdırmaları davam edir.


AzNews.az