Türkiyə İrandan 2.5 mlrd. dollar tələb edir

7 Fevral 2014 19:05 (UTC+04:00)
"Türkiyə İrandan 2.5 mlrd. dollar təzminat ödəməsini tələb edir".

APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin deputatı İzətullah Yusifian bildirib.

Onun sözlərinə görə, buna səbəb İranda təbii qaz böhranı baş verdiyindən Türkiyəyə "mavi yanacaq" ixracının müvəqqəti dayandırılmasıdır: "İran Türkiyəyə təbii qaz ixracını Türkmənistanın İrana verdiyi "mavi yanacağ"ı kəsməsindən sonra dayandırıb. Bununla belə, Türkiyə Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək, İran əleyhinə 2.5 mlrd. dollarlıq təzminat iddiası qaldırıb".

İ. Yusifian deyib ki, İran da Türkmənistan əleyhinə iddia qaldıra bilər: "Ancaq İran bu addımı atmayıb".


AzNews.az