Tədris ilinin müddəti 3 həftə uzadılacaq
7 Fevral 2014 22:18 (UTC+04:00)
Təhsil nazirliyi gələn tədris ilindən orta məktəblərdə dərslərin sentyabrin 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu barədə yayılan məlumatlar əsassızdır.
Bununla belə, 2014-2015-ci dərs ilində məktəblərdə tədris ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilatı tədbirlərin görülməsi planlaşdırılır.
AzNews.az