Dustaqlar aclıq elan etdilər

7 Fevral 2014 22:25 (UTC+04:00)
Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gequt türməsində minə yaxın dustaq aclıq elan edib.

ANS PRESS gürcü mətbuatına istinadən bildirir ki, aclıq aksiyası türmə administrasiyası tərəfindən sərt davranışa qarşı keçirilir. Dustaqların qohumları həbsxananın yanına yığışıblar. Hadisə yerinə Gürcüstan ombudsmeninin aparatının təmsilçisi Georqi Labadze də gəlib. O, aclıq iştirakçılarından biri ilə görüşüb. Dustaq ona bədənindəki döyülmə izlərini göstərib.

Gürcüstanın cəzaların icrası naziri Sozar Subari iddia edir ki, aksiyanı kriminal avtoritetlər planlaşdırıb. "Son zamanlarla bu kateqoriya dustaqlara qarşı onların türmədəki üstün vəziyyətini məhdudlaşdıran tədbirlər görülüb. Bu, onların xoşuna gəlməyib və onlar başqa dustaqlar arasında kütləvi aclıq aksiyası təşkil ediblər", - deyə Subari bildirib və əlavə edib ki, onların planları barədə bir neçə həftə qabaq xəbərdar ediliblər.

Son aylarda Gürüstanın müxtəlif həbsxanalarında dəfələrlə aclıq təşkil edilib.


AzNews.az