Bərdədə ev yandı, bir nəfər xəsarət aldı

8 Fevral 2014 08:08 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə rayonu, Qaradəmirçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 kvadrat metr olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 77 kvadrat metr sahədə yanıb.

Yanğın zamanı 1 nəfər qadın əl və ayaq nahiyəsindən aldığı yüngül yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az