Gəmidə yanğın

8 Fevral 2014 08:21 (UTC+04:00)
Bakı şəhəri, Xətai rayonunda təmirə dayanmış gəmidə yanğın baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, bərə gəmisinin yaşayış sahəsində hər birinin sahəsi 12 kv. m olan iki ədəd kayuta və sahəsi 40 kv. m olan dəhlizin plastik və şüşə pambıq üzlüyü, elektrik kabelləri yanıb.

Gəminin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az