İlham Əliyev Soçidə təşkil olunan rəsmi qəbulda- FOTO

8 Fevral 2014 09:22 (UTC+04:00)
Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin qəbulda nitq söyləyib.

AzNews.az