9 nəfər dəm qazından zəhərləndi- Bir gündə

8 Fevral 2014 09:36 (UTC+04:00)

Son 24 saat ərzində paytaxtda 7-i qadın, 2-i kişi olmaqla 9 nəfər dəm qazından zəhərlənib.

Bu barədə məlumatı AzNews.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, Bakının müxtəlif yerlərindən təcili yardıma 9 nəfər dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edib və nəticədə 5 nəfər xəstəxanaya yerləşdirilib.

Z.Vahidova əhalinin qaz cihazları ilə düzgün davranmaması səbəbindən dəm qazı faciələrinin davam etməsindən təəssüfünü ifadə edib.

Ümumilikdə isə ötən sutka ərzində stansiyaya 1600-a yaxın çağırış olub. 155 nəfər xəstəxanaya çatdırılıb. Sutka ərzində 2 avtoqəza ilə bağlı stansiyaya müraciət edilib.

Amid
AzNews.az