Sərnişin avtobusu aşdı: yaralılar var

8 Fevral 2014 10:34 (UTC+04:00)
Bu gün səhər saat 10:00 radələrində Xaçmaz rayonu ərazisində sərnişin avtobusu aşıb.


Dövlət Yol Polisinin müstəntiqi Elşən Mürsəliyevin anspress-ə verdiyi məlumata görə, hadisə Gəndob – Yalama yolunun 25-ci km-də baş verib.

Belə ki, Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən "Hundai" markalı, 90 NC 385 dövlət nömrə nişanlı sərnişin avtobusu Mürşüdoba kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək ağaca çırpılaraq aşıb.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən 7 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda yaralıların vəziyyəti orta-ağırdı.

Qəza yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb.

AzNews.az