Olimpiadada idmançının ayağı sınıb

8 Fevral 2014 18:53 (UTC+04:00)
Amerikalı idmançının yarışa bir neçə dəqiqə qalmış ayağı sınıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, olimpiya oyunlarında iştirak üçün Soçiyə gəlmiş 21 yaşlı Amerika xizəkçisi Xeydi Klouzer yarışların rəsmi startına az müddət qalmış məşq zamanı ayağını zədələyib.

Məşq zamanı baş verən zədələnmədə idmançının omba sümüyü də sınıb.

Xizəkçi Xeydinin atası Mayk mətbuata bildirib ki, onun qızı çətinliklə hərəkət etməsinə baxmayaraq açılış mərasimində komanda yoldaşlarının yanında olmağa çalışacaq:

"Bizim hamımız kimi o da çox məyus olub. Qızım heç olmasa final raundunda iştirak etməyi planlaşdırırdı. Ancaq o çox ciddi travma alıb".



AzNews.az