Bağ evindən meyit tapılıb

8 Fevral 2014 18:59 (UTC+04:00)
Bakıda bağ evindən meyit tapılıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyit Türkan qəsəbəsinin ərazisində tapılıb.

Bakı şəhər sakini Əmanət Kərimovaya məxsus bağ evinin həyətində üzərində zorakılıq əlamətləri görünməyən 55-60 yaşlı kişi meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az