Kraliça məhkəmə qarşısında - Video

8 Fevral 2014 19:13 (UTC+04:00)
İspaniya tarixində ilk dəfə kral ailəsinin üzvü məhkəmə qarşısına çıxarılıb.

Şahzadə Kristina qeyri-qanuni israfçılıqda ittiham olunur. Məlumatlara görə, işi aparan hakim şahzadəni fırıldaqçılıq və çirkli pulların yuyulması maddələri ilə şübhəli hesab edib.

Şahzadə Kristinanın məhkəmə salonuna gəlişi bir qrup şəxsin etirazı ilə qarşılanıb. Etirazçılar ölkədə işsizlik səviyyəsinin 26%-ə çatdığı dövrdə maliyyə fırıldaqlarında adı hallanan şəxslərin cəzalanmasını tələb edib.

Etirazçı Pakita Qonsales: "Hər bir kəs oğurladığını geri qaytarmalıdı. Firkilərşirəm ki, bütün ispaniyalılar bunu tələb edir. Onlar bu pulları bizdən oğurlayıblar".

Kristina məhkəmə qarşısında şirkətin bədxərc şəkildə etdiyi bir sıra ödənişlər, o cümlədən qab-qacağın alınmasına xərclənən 1741 avro, ailəvi şənliklərin və evdə rəqs dərslərin təşkili kimi məsələlər barədə sorğu sual olunub. Onun həyat yoldaşı isə 6 milyon avroya yaxın dövlət vəsaitinin talanı ilə əlaqədar cavabdeh şəxs qismində çıxış edir. İspan ailəsinə qarşı ilk rəsmi ittiham 2013-cü ilin aprel ayında irəli sürülsə də, sonradan məhkəmə həmin cinayət işini bağlayıb. Şahzadə Kristina və onun həyat yoldaşı 120 min avro məbləğində pulu gəlir bəyannaməsinə yazmamaqda ittiham olunur. Əgər bu ittiham sübut olunarsa, kral ailəsinin üzvləri inzibati cəzalara və pul cərimərlərinə məruz qala bilərlər. (ANS)