İran hərbi donanması ABŞ dəniz sərhədlərinə doğru

8 Fevral 2014 20:35 (UTC+04:00)
İran hərbi donanması ABŞ dəniz sərhədlərinə doğru hərəkətə başlayıb

AzNews.az FARS agentliyinə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi İran hərbi gəmilərinin ABŞ dəniz sərhədlərinə doğru yola düşməsi barədə məlumat yayıb.

"İranın HDQ - nin hərbi gəmiləri ABŞ-ın dəniz sərhədlərinə yaxınlaşır və bu manevr, xəbərdarlıq xarakteri daşıyır", - deyə, İranın şimal dəniz donanmasının komandanı admiral Afşin Rezayi Həddad bildirib.

Onun sözlərinə görə, gəmilər Cənubi Afrika sahil sularından keçməklə Atlantik okeanı istiqamətində yola düşüblər.

İran hərbiçiləri bununla ABŞ gəmilərinin Fars körfəzində yerləşdirilməsinə etirazlarını bildirmək istəyirlər.

Əli
AzNews.az