Mədinədə oteldə yanğın - 15 zəvvar ölü, 100 yaralı

8 Fevral 2014 21:10 (UTC+04:00)
Səudiyyə Ərəbistanının Mədinə şəhərində oteldə baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Səudiyyə Ərəbistanına ümrə həccinə gələn zəvvarlardır.

Məlumata görə, ölənlərin əksəriyyəti Misir vətəndaşlarıdır. Yaralıların çoxunun vəziyyəti ağırdır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Sky News Arabia telekanalının məlumatına görə, alov artıq yuxarı mərtəbələrə keçib. Binada hələ də köməyə ehtiyacı olan insanların qaldığı bildirilir.


AzNews.az