Rusiyada qeyri-adi oğurluq

8 Fevral 2014 22:17 (UTC+04:00)
AzNews.az İTAR - TASS - a istinadən xəbər verir ki, Moskvanın şimal - şərqində içərisində yatmış uşaqlarla birlikdə "CİP" maşın qaçırılıb.

"Land Rover"i oğurlandığı yerdən bir az aralı Uqliçskoy küçəsində tapıblar. DİN Moskva Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Əliəkbərov məlumat verib ki, görünür oğrular maşında arxa oturacaqda yatmış iki uşağı görən kimi fikirlərindən daşınıblar.
Uşaqlardan heç biri xəsarət almayıb. Onlar valideynlərinə təhvil verilib.
Polislər şübhəli şəxsləri axtarır.

Azər
AzNews.az