Xəstənin qulağından şparqalka çıxarıldı- 20 il sonra

10 Fevral 2014 09:04 (UTC+04:00)

Səudiyyə Ərəbistanında həkim pasiyentin qulağından 20 il əvvəl qoyulan "şparqalka"nı tapıb.

AzNews.az Rt.com-a istinadən xəbər verir ki, qulağında şparqalka aşkarlanan ərəb universiteti illər əvvəl bitirib.

Evlənib və bir neçə uşaq atasıdır. Ancaq bu müddət ərzində bir dəfə də olsun məktəbdən qulağında qalan şparqalkanı xatırlamayıb.

İllər sonra qulağında ağrılar başlayan kişi həkimə müraciət edib və onun qulağından şparqalka çıxarılıb. Bundan sonra ərəb uşaqlarını müəllimi aldatmamağa çağırıb.

Elnur
AzNews.az