Ramiz Məlik xəstəxanadan evə buraxılır

10 Fevral 2014 10:07 (UTC+04:00)

"Hazırda səhhətim yaxşıdır. Bu gün xəstəxanadan evə buraxılacağam".


Bunu AzNews.az-a bir neçə gün əvvəl əməliyyat olunan Xalq artisti Ramiz Məlik deyib.

Onun sözlərinə görə, xəstəxanada olduğu müddətdə sənət dostları onu tək buraxmayıblar: "Sağ olsunlar. Sənət adamları ağır günümdə məni yalnız buraxmadı. Kimisi telefonla zəng edib əhvalımı sordu, kimisi də xəstəxanaya gəldi. Onların hər birinə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, R.Məlik Mərkəzi Neftçilər Xəstəxanasında böyrəyindən əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az