73 yaşlı kişi intihar etdi

10 Fevral 2014 10:18 (UTC+04:00)
Şəki şəhərində 73 yaşlı kişi özünü öldürüb.

Şəki rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, Şəki şəhəri, Tolstoy küçəsi ev 47 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Adil Cəlil oğlu Cəlilov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Onun meyiti səhərə yaxın asılmış halda tapılıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları yaşlı kişinin intihar etdiyini müəyyən edib. Hələlik, intiharın səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az