Təbii qazın verilişində fasilələr olacaq

10 Fevral 2014 15:41 (UTC+04:00)
Bakının bir sıra rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Abşeron Magistral Qaz Kəmərləri Sahəsinə məxsus "Digah qolu" qaz kəmərində baş vermiş sızmanın ləğvi ilə əlaqədar 10 fevral 2014-cü il tarixdə təmir işləri başa çatanadək Bakının Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Xətai rayonlarına, həmçinin Abşeron rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az