Zələzələ 6 bal hiss edildi- AMEA

10 Fevral 2014 15:50 (UTC+04:00)

AMEA-nın Seysmoloji Xidmət Mərkəzi bu gün ölkə ərazisində qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.

AzNews.az bildirir ki, yerli vaxtla saat 16:06:49 Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

Elnur
AzNews.az