Seysmoloqlar təcili toplandı- İCLAS

10 Fevral 2014 16:23 (UTC+04:00)

Bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində bu gün baş verən zəlzələ ilə bağlı təcili toplantı keçirilir.

AzNews.az-a verilən məlumata görə, toplantı SXM-nin direktoru Qurban Yetirmişlinin rəhbərliyi ilə aparılır.

Həmçinin çox sayda jurnalist SXM-nin binasına toplaşaraq zəlzələ ilə bağlı son məlumatları almaq üçün gözləyir. Mütəxəssislər bütün ölkə ərazisində hiss edilən zəlzələ ilə bağlı əldə edilən məlumatları müzakirə edir.

Elnarə
AzNews.az