Diaspor lideri qəribə qiyafədə

10 Fevral 2014 18:50 (UTC+04:00)
Moskvada fəaliyyət göstərən "Azerros"un fəxri prezidenti, qalmaqallı çıxışılarıyla yadda qalan Söyün Sadıqov bu dəfə əcaib qiyafədə iş yerinə gəlib.
"Axar.az"ın məlumatına görə, Rusiya Özbəklərinin Konqresində, məşhur şair Əlişir Nəvainin yubileyində iştirak edən Sadıqov oradakı tədbirdən çıxdıqdan sonra xidməti maşınına əyləşərək Krasnya Presnya 24 ünvanındakı ofisinə gəlib. Ofisin binasında isə Sadıqovu təəccüblə qarşılayıblar. Amma Sadıqov ofisində çalışan iki xanımı yanına çağıraraq onlarla şəkil də çəkdirib. "Azerros"dakı mənbənin dediyinə görə, həmin ofisdə çalışan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının ("Milyarderlər ittitfaqı") prezidenti Abbas Abbasov Sadıqovdan libasını dəyişməyi xahiş etsə də, Söyün müəllim həmin gün bütün işgüzar görüşlərə elə bu qiyafədə qatılıb.


AzNews.az