Corc Soros 2013-cü ildə 5.5 milyard dollar qazanıb

10 Fevral 2014 19:05 (UTC+04:00)
Əfsanəvi ABŞ sərmayəçisi və filantrop Corc Sorosa məxsus "Quantum Endowment" investisiya fondunun qazancı 2013-cü ildə 5.5 milyard dollar olub.

Musavat.com-un "Financial Times"-a istinadən verdiyi xəbərə görə, bu, onun tarixində ikinci ən yüksək illik göstəricidir.

Xatırladaq ki, aktivləri 28.6 milyarda çatan "Quantum Endowment" 2011-ci ilən xarici sərmayəçilərin üzünə bağlıdır və yalnız Sorosa yaxın şəxslərdən vəsait qəbul edir.


AzNews.az