İranda şair edam edildi

10 Fevral 2014 20:54 (UTC+04:00)
İranda ərəb əsilli şair Həşim Şabani "Allahın düşməni" olduğu və milli təhlükəsizliyi təhdid etmə suçuyla edam edilib.

"Axar.az" İran mətbuatına istinadən xəbər verir ki, 2011-ci ilin mart ayından "Allahın düşməni" ittihamı ilə həbs olunan Şabani həbsdə etnik ərəblərə xas davranışlar sərgiləyib. İslam İnqilab Məhkəməsi Şabani ilə bərabər 13 nəfəri keçən ilin iyul ayında "Allaha qarşı müharibə etmək" və "əxlaqsızlıq yaymaq"da suçlu bilərək hökm vermişdi. İranlı insan hüquqları müdafiəçilərinə görə Şabani və Hadi Rəşidi adlı bir şəxs 27 yanvar tarixində həbsxanada edam edilib.

32 yaşındakı Şabani Dialoq İnstitutunun qurucusu olaraq tanınırdı. Və ərəbcə, farsca olan şeirləri ilə məşhur idi. 2012-ci ildə İranın dövlətinin nəzarətində olan "Press" TV-yə çıxan Şabani ayrı-seçkilik terrorunu dəstəklədiyini etiraf etmişdi.

Xatırladaq ki, Həsən Ruhani hakimiyyətə gəldiyi gündən indiyə kimi 300 nəfər edam edilib.



AzNews.az